Goranboyda iki avtomobil toqquşub: Xəsarət alanlar var

image-qbackend

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00-da rayon ərazisində qeydə alınıb.

Belə ki, Qarasüleymanlı kənd sakini, 1989-cu il təvəllüdlü Tural Mustafayevin idarə etdiyi VAZ-2107 avtomobil Aşağı Ballıqaya kənd sakini, 1998-ci il təvəllüdlü Fariz Səlimovun idarə etdiyi VAZ-2115 avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Fariz Səlimovun atası 1975-ci il təvəllüdlü Rauf Səlimov və Tural Mustafayevin anası 1960-cı il təvəllüdlü Əsibə Mustafayeva yüngül xəsarət alıblar və hər iki şəxs ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki