“Neftçi” heyətini Lüksemburq millisinin hücumçusu ilə gücləndirdi

image-izobrazhenie_2025-07-30_105620983backend

“Neftçi” klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.

newsbaku.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən A.Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki