Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.
newsbaku.az xəbər verir ki, qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb.
Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14.6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 kvadratmetr üçün ƏDV daxil olmaqla 0.3 manatdan 0.45 manata çatdırılıb.
newsbaku.az