Heç bir dövlət xəstəxanası anadangəlmə bud-çanaq çıxığı (displaziya) diaqnozu ilə yaşayan 9 yaşlı Aytən Qurbanovanı əməliyyat etmir. Özəl klinikada isə əməliyyat üçün 3500 AZN tələb olunur.
Bu sözləri newsbaku.az-a açıqlamasında Aytən Qurbanovanın anası iddia edib.
Onun sözlərinə görə: “Aytən Qurbanovanın 9 yaşı var. Anadangəlmə bud-çanaq çıxığı displaziyası xəstəsidir. Bu günə qədər 4 dəfə əməliyyat olunub. Sonuncu əməliyyat iyulun 17-i Uni Klinikada baş tutub. Əməliyyat zamanı çanağında olan implantlar və millər çıxarılıb. Lakin evdə ehtiyatsızlıq nəticəsində yıxılaraq çanağını ağır şəkildə sındırıb. Hazırda təcili əməliyyata ehtiyacı var. Heç bir dövlət xəstəxanası əməliyyatı öz üzərinə götürmür. Özəl klinikada isə maddi imkanımız çatmır. Əməliyyatın qiyməti 3500 AZN-dir. Çox xahiş edirəm, bizə kömək edin”, – deyə Aytənin anası bildirib.
newsbaku.az