“Bu il peşə təhsilində 10 yeni ixtisas üzrə qəbul aparılacaq”.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, yeni ixtisaslardan beşi yüksək texniki, beşi isə texniki peşə ilə bağlı ixtisaslardır:
“İlk peşə ixtisasına 2 540, yüksək peşə ixtisasına 2 680, texniki peşə ixtisasına isə 27 400 olan yeri ayrılıb.
Yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq aiddir. Texniki ixtisaslara isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. aiddir.
Tələbələr üçün beynəlxalq sertifikatlı təhsil imkanları da yaradılıb”.
newsbaku.az