Sumqayıtda çoxmərtəbəli binadakı yanğınla bağlı 23 nəfərə tibbi yardım göstərilib

image-oxusazbackend

İyulun 20-də saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına altı təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.

“Təcili tibbi yardım xidməti tərəfindən səkkiz, ailə üzvləri tərəfindən isə iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən yeddi nəfərə (üç qadın cinsli, dörd kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasında, üç nəfərə isə (iki qadın cinsli, bir kişi cinsli) Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə TƏBİB-dən qeyd olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki