“Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir”.
newsbaku.az “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
R.T.Ərdoğan burğulayıb ki, Azərbaycan Prezidenti bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir:
“Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik”.
Türkiyə lideri vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək.
“Biz bu xətti (Zəngəzur dəhlizini nəzərdə tutur – red.), eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik”, – deyə R.T. Ərdoğan vurğulayıb.
newsbaku.az