Böyük Britaniyanın müdafiə naziri Con Hili iyulun 21-də Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Kiyevə hərbi dəstəyi artırmaq planlarını açıqlayacaq.
newsbaku.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Hili müttəfiqlərini Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturtmaq üçün Ukraynaya hərbi dəstəyi yenidən artırmağa çağıracaq. London silah tədarükü üçün 50 günlük kampaniyanın qəbul edilməsi təşəbbüsü ilə çıxış edir.
Almaniya və Böyük Britaniyanın Berlindən 170 milyon avroya hava hücumundan müdafiə raketlərinin satın alınması ilə bağlı razılığa gələcəkləri gözlənilir. Onlayn iclasda NATO-nun baş katibi Mark Rütte və Pentaqonun rəhbəri Pit Heqset iştirak edirlər.
newsbaku.az