Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial rəqibləri müəyyənləşib

image-1200-1backend

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

newsbaku.az  xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan”, “Sabah” və “Zirə”nin potensial rəqibləri də müəyyənləşib.

“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) cütünün qalibi “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) matçının qalibi ilə görüşəcək.

“Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi isə “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə görüşəcək.

“Zirə” isə “Hayduk”u (Xorvatiya) məğlub edəcəyi təqdirdə “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki