ABŞ-da MLS-in növbəti turu çərçivəsində keçirilən oyunda “İnter Mayami” səfərdə “Nyu-York Red Bulls” üzərində 5:1 hesablı qələbə qazanıb.
newsbaku.az xəbər verir ki, qonaqların heyətində argentinalı hücumçu Lionel Messi dubl edib. Bu qollar onun karyerasında penaltilər nəzərə alınmadan vurduğu 763-cü və 764-cü qollar olub.
Bununla da Messi bu göstəricidə yenidən əsas rəqibi Kriştiano Ronaldonu qabaqlayıb. Hazırda portuqaliyalının aktivində penalti zərbələri istisna olmaqla 763 qol var.
newsbaku.az