Şəfəq Mehrəliyeva: “Media savadlılığı məlumatı tənqidi qiymətləndirmək qabiliyyətini əhatə edir”

image-sefeqbackend

“Media savadlılığı oxumaq və yazmaq kimi əsas bacarıqdır”.

newsbaku.az “Report”a istinadən xəbər verir ki bunu ADA Universitetinin Kommunikasiya və media araşdırmaları kafedrasının müəllimi Şəfəq Mehrəliyeva III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

“Media savadlılığı oxumaq və yazmaq bacarığı qədər zəruri bir bacarıqdır. Çünki əgər insan oxuyub yaza bilirsə, lakin məlumatı təhlil edə bilmirsə, bu, şam yeməyinə gəlib yeməyi dadmaq imkanının olmaması kimidir”, – deyə o bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki