“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

image-1200-1backend

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

newsbaku.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” – “Şelburn” (İrlandiya) cütünün qalibi növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin matçları avqustun 5-6-da və 12-də baş tutacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki