Peskov: “Bakı Moskvaya qarşı iddia qaldırsa, Rusiya rəsmi hökmü gözləyəcək”

image-fhtgwry2egkqxa2s5s7z7ujdldci4rxeimbshh16backend

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra Azərbaycan Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırsa, Moskva rəsmi hökmü gözləyəcək”.

newsbaku.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

“Hazırda istintaq hərəkətləri davam edir, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmü gözləyəcəyik”, – Peskov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan tərəfinin beynəlxalq məhkəmələrə təqdim edilməsi üçün sənədlər hazırladığını bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki