Ərdoğan: “15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi”

image-rtebackend

“15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi”.

newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, türk xalqı həmin gecə qanı ilə, canı ilə, bütün varlığı ilə qiyamətə qədər anılacaq şanlı bir dastan yazdı:

“Bu dastan cəsur türk xalqı ilə vətənini satanların mübarizəsi idi və türk xalqı xain manqurtlara qalib gəldi”.

“Dünyanın hər tərəfində bizim üçün Quran oxundu, dualar edildi. O gecə millət olma şüurunu bir daha gördük”, – deyə Türkiyə prezidenti əlavə edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki