ABŞ-li futbolçu Kori Adams Tennessi ştatında atışma nəticəsində həlak olub.
newsbaku.az xəbər verir ki, bu barədə AP Şelbi dairəsinin şerif ofisinə istinadən məlumat yayıb.
Adams birinci kurs tələbəsi olub. İyulun 20-də o, Memfisin kənarında avtomobildə güllələnib.
“Şelbi qraflığının yanğınsöndürmə idarəsinin əməkdaşları daha sonra futbolçunun hadisə yerində öldüyünü təsdiqləyiblər”, – deyə şerif ofisindən bildiriblər.
Qeyd olunub ki, hadisə zamanı həyati təhlükəsi olmayan güllə yaraları alan daha dörd nəfər şəxsi avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
18 yaşlı Adams ABŞ-nin ən perspektivli müdafiəçilərindən biri olub.
newsbaku.az