“Rusiyada qanuna tabe olan azərbaycanlılara hörmət edilir, Moskva isə Azərbaycanda ruslara hörmət edilməsini çox vacib sayır”.
newsbaku.az TASS agentliyinə istinadən xəbər verir ki, sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
D.Peskov qeyd edib ki, Rusiyada çox böyük Azərbaycan diasporu fəaliyyət göstərir:
“Azərbaycan diasporunun, demək olar ki, bütün nümayəndələri bizim qanuna tabe olan vətəndaşlarımızdır, onlar burada hörmət sahibidirlər”.
newsbaku.az