Azərbaycanda ixtira fəallığı artıb

image-1702630299775backend

İxtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Əqli Mülkiyyət Agentliyinə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia sənədi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə 16) iddia sənədi daxil olub.

newsbaku.az  AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyində keçirilən tədbirdə bildirilib.

Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə ixtiralar üzrə 36.5 faiz faydalı modellər üzrə 22.7 faiz, sənaye nümunələri üzrə isə 93.8 faiz artıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki