Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb

image-1200-1backend

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.

newsbaku.az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib:

“Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığımızın gündəliyində ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahəsində birgə fəaliyyəti intensivləşdirmək prioritet təşkil edir. Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə ölkələrimizin biznes sahəsində əməkdaşlığının səmərəliliyinin artırılması və işgüzar əlaqələrin təşviqi imkanlarını dəyərləndirdik”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki