“Atletiko Madrid” Argentina millisinin yarımmüdafiəçisi Tyaqo Almadanın transferi ilə bağlı “Botafoqo” ilə razılığa gəlib.
newsbaku.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı argentinalı tibbi müayinədən keçmək üçün Madridə gələcək və daha sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Almada 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Lion”da keçirib. Yarımmüdafiəçi Fransa klubunun heyətində 20 matçda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
newsbaku.az