Peskov: “Moskva ilə Bakı arasındakı münasibətlərdə çətin dövr yaşanır”

image-000020_1599658413_133312_bigbackend

“Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır”.

newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də möhkəm təməl var, iki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər baş verir. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçib gedəcək”, – deyə Kreml nümayəndəsi bildirib.

“İki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir”, – deyə o bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki