Qazaxda sürücülük hüququ olmayan şəxs piyadanı vuraraq öldürdü

image-bbbbbbbbbbbbackend

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Nurlan Eldar oğlu Nağıyev sürücülük hüququ olmadan idarə etdiyi HM-777-ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Müşfiq Əsgər oğlu Eminovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki