Ceyranbatanda sexdə yanğın olub

image-izobrazhenie_2025-07-25_163031593backend

övqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

newsbaku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutuların yığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutuların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən sexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində 400 kvadratmetr sahədə 250 ədəd karton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb.

Sexlər yanğından mühafizə olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki