FHN: Yay aylarında yanğın riskinə qarşı bu qaydalara əməl edin

image-izobrazhenie_2025-08-11_113422590backend

newsbaku.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yay aylarında havaların isti keçməsi ilə əlaqədar yanğın risklərinin artdığını nəzərə alaraq vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Nazirlikdən bildirilib ki, elektrik cihazlarından, xüsusən kondisioner və ventilyatorlardan istifadə zamanı onları nəzarətsiz qoymaq olmaz. Mənzili tərk edərkən isə bu cihazlar mütləq şəbəkədən ayrılmalıdır. Vətəndaşlara həmçinin söndürülməmiş siqaret kötüklərini yerə atmaqdan çəkinmək, ocaq yandırmaq üçün yalnız xüsusi ayrılmış yerlərdən istifadə etmək, sobalardan ehtiyatla yararlanmaq tövsiyə olunur. Meşə ərazilərində ocaq qalayarkən isə ətrafı 0,5–1 metr radiusda quru ot və kol-kosdan təmizlənmiş yerlər seçilməli, meşəni tərk edərkən ocaq tam söndürülməli və üstü torpaqlanmalıdır.

Məlumata görə, yay mövsümündə yanğınların qarşısının alınması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti əhalinin yay aylarında toplaşdığı məkan və ərazilərdə təbliğat xarakterli tədbirlər, regional seminarlar və yanğın texniki müayinələr təşkil edir. Bununla yanaşı, maarifləndirici sosial videoçarxlar hazırlanaraq müxtəlif kütləvi informasiya vasitələri vasitəsilə ictimaiyyətə təqdim olunur.

Jalə Raminqızı

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki