Kofeinli qəhvələrin sağlamlıq baxımından təsiri barədə çoxsaylı araşdırmalar aparılıb. Mütəxəssislər bildirirlər ki, kofeinli qəhvələr, bir neçə istisna halları çıxmaq şərti ilə, əsasən toksinlərdən azaddır və təhlükəsiz qəbul edilə bilər.
newsbaku.az xəbər verir ki, qəhvənin keyfiyyəti, yetişdirilmə və emal üsulları onun tərkibindəki zərərli maddələrin olub-olmamasına təsir göstərir. Sağlamlıq üzrə ekspertlər, təmiz və keyfiyyətli kofeinli qəhvələrin gündəlik istehlakında zərərli toksinlərin riskinin minimal olduğunu vurğulayırlar.
Bununla yanaşı, qəhvənin keyfiyyətinə diqqət yetirmək və etibarlı mənbələrdən alınması sağlamlıq üçün önəmlidir. İstehlakçıların kofein qəbulunu isə mütəxəssislər balanslı və məqbul hədlərdə saxlamağı tövsiyə edir.
Jalə Raminqızı
newsbaku.az