Balakəndə 66 yaşlı kişi evində ölü tapılıb.
newsbaku.az Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mahamalar kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Ramazanhacı Hada oğlu Saxrayevin meyitinin tapılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə baxış zamanı meyitin üzərində heç bir xəsarət izi aşkar edilməyib. Məlumata görə, o, uzun müddətdir evində tək yaşayırmış və ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az