19 yaşlı italiyalı velosipedçi Samuele Privitera 23 yaşadək idmançılar arasında “Giro della Valle d’Aosta” yarışında yıxılaraq dünyasını dəyişib. O, yıxıldıqdan sonra başından zərbə alıb və qoruyucu dəbilqəsi düşüb.
newsbaku.az-ın xəbərinə görə, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Baş verən hadisələri nəzərə alaraq, təşkilat komitəsi Passidə iyulun 17-nə planlaşdırılan ikinci mərhələni ləğv etmək qərarına gəlib. Yarış iyulun 18-də davam edəcək.
Qeyd edək ki, Privitera bu il gənclər arasında keçirilən “Giro d’Italia 2025″in iştirakçısı olub və yekun sıralamada 63-cü yeri tutub.
newsbaku.az