Azərsu-nun Yeni Yasamaldakı təmir işləri gəliş-gediş yollarını dağıdıb

image-izobrazhenie_2025-08-11_151222219backend

Yeni Yasamalda elektrik yarımstansiyasının altından keçən su xəttinin təmiri zamanı əhalinin gediş-gəliş yolu dağıdılıb. Eyni ilə yarımstansiyanın arxasında asfalt örtüyünün dağılması sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, yarımstansiyanın arxasından keçən yolda asfalt qopub, çökəkliklər əmələ gəlib və bu vəziyyət nəqliyyatın hərəkətinə mənfi təsir göstərir. Həmçinin, piyadalar üçün də təhlükə yaradır.

Azərsu bildirir ki, bu proses zamanı yolların, yaşıllıqların və infrastrukturun dağıdılmasından söhbət gedə bilməz. Sadəcə bir pilləkənə ziyan dəyib və həmin ziyan müvafiq idarə tərəfindən təmir olunacaq.

Lakin ərazidə yaşayan sakinlər yolun və pilləkənin zədələnməsi ilə bağlı narazılıqlarını bildiriblər. Onlar yolun bərpasının gecikməsindən və işlərin düzgün aparılmamasından narahatdırlar.

newsbaku.az xəbər verir ki, Azərsu sakinlərin narahatlıqlarını nəzərə alaraq yaranan ziyanın tezliklə aradan qaldırılacağını və işlərin keyfiyyətlə davam etdiriləcəyini vəd edib.

image-whatsapp-image-2025-08-07-at-07-10-13 image-whatsapp-image-2025-08-07-at-07-09-47

image-whatsapp-image-2025-08-11-at-15-26-54-1 image-whatsapp-image-2025-08-11-at-15-26-53 image-whatsapp-image-2025-08-11-at-15-26-54

Jalə Raminqızı

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki