Uşaq pulu məsələsi zaman-zaman dartışılan məsələlərdən biridir. Bununla bağlı vətəndaş tələblərindən savayı, bəzi mütəxəssislər də fikirlər səsləndirmişlər. Milli Məclisdə də bəzi təkliflər verilmiş, mülahizələr əks olunmuşdur.
Bu gün Dünyanın müxtəlif yerlərində müəyyən miqdarda, müəyyən yaşadək uşaqpulları verilir. Azərbaycanda da uşaq pulları sovet dövründən etibarən, 2006-cı ilədək verilmiş, daha sonra məbləğ çox olduğundan bu dayandırılmışdı.
Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki: “Azərbaycanda müxtəlif istiqamətlər üzrə 500 mindən çox uşağa uşaq pulu verilir. Sadəcə bu həddindən artıq pərakəndədir. Sosial yardımlar, valideynini itirmiş uşaqlar və başqa kateqoriyaya aid uşaqlar üçün uşaq pulları təyin olunub. Amma bu pərakəndə olduğu üçün nə nəzərə çarpır, nə də yetərlidir. Ona görə də uşaqpulu ilə bağlı yeni bir konsepsiyasının hazırlanmasına ehtiyac var. Bu konsepsiya çərçivəsində , hər ailədə ikinci uşağa, ayda 100 manat verilsə, bu da ildə təqribən 1 milyard dollara yaxın dövlət büdcəsinə yük gətirə bilər ki, bunu da büdcə qaldırmaz. Addım-addım uşaq pulu məsələsini həll etmək mümkündür”.
Paşa Nuru
newsbaku.az