Z nəsli arasında emosional distantlıq, etibarsızlıq, təklik hissi

image-whatsapp-image-2025-08-06-at-11-27-36backend

Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələr yalnız Z nəslinə deyil, həmçinin Y və X nəsillərinə də təsir edir.

newsbaku.az-a açıqlamasında Sosioloq Üzeyir Şəfiyev bildirir ki:

“Artıq insanlar – xüsusilə gənclər real ünsiyyət ehtiyaclarını online platformalar üzərindən qarşılamağa çalışırlar. Onlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qurur, bu vasitəni əsas rabitə kanalı kimi qəbul edirlər. Bu hal, gənclər arasında “subaylıq sindromu” adlandırılan sosial-psixoloji bir vəziyyətin formalaşmasına səbəb olub.”

Üzeyir Şəfiyev bu vəziyyətdən çıxış yolu kimi milli kimliyin qorunmasını və dəyərlərin itirilməməsini vacib sayır. Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) təsiri domino effekti kimi yayılaraq yalnız gəncləri deyil, orta yaşlı insanları da əhatə edir.

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki