Sosial Şəbəkələrin Kölgəsində Gənclər – Ünsiyyət Bacarığı Zəifləyir, Psixoloji Təzyiq Artır

image-izobrazhenie_2025-08-01_160057001backend

newsbaku.az–a açıqlama verən gənc psixoloq Xatirə Abdullayeva bildirib ki, sosial şəbəkələrdən həddindən artıq istifadə gənclərdə ünsiyyət bacarığını zəiflədir və sosial təcridə səbəb olur. Onun sözlərinə görə, virtual aləmdə daim aktiv olmaq psixoloji təzyiqi artır, real münasibətlərə marağı azaldır:

“Gənclər artıq hiss və emosiyalarını üz-üzə deyil, mesajla ifadə etməyə üstünlük verirlər. Bu isə həm psixoloji gərginlik yaradır, həm də empatiya hissini zəiflədir”, – deyə gənc psixoloq vurğulayıb.

Xatirə Abdullayeva sosial şəbəkələrdə “like” və rəylərin beyində xoşbəxtlik hormonu – dopamin ifraz etdiyini, lakin bu qısa müddətli hissin uzunmüddətli asılılıq yaratdığını vurğulayır:

“Gənclər öz dəyərlərini ‘like’ sayı ilə ölçməyə başlayırlar. Aktivlik azalanda təşviş, stress və depressiya halları artır.”

Xatirə Abdullayeva həmçinin qeyd edib ki, sosial medianın yaratdığı gözləntilər və kütləvi müqayisə hissi bir çox gəncdə özgüvən probleminə gətirib çıxarır.

Psixoloq çıxış yolunu ailə və məktəb mühitində balanslı tərbiyə, fiziki ünsiyyətin təşviqisosial media istifadəsinin məhdudlaşdırılmasında görür.

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki