“Müasir Ailədə Dəyişən Rol və Münasibətlər: Valideyn, Övlad və Qadın

image-whatsapp-image-2025-08-06-at-11-41-17backend

Psixoloq Aynur İskəndərova newsbaku.az-a açıqlamasında bildirir ki, valideynlər işlədikləri vaxtlarda övladlarına qarşı məsuliyyətləri azalır:

“Valideynlər işə getdikləri zaman övladlarına vaxt ayıra bilmirlər. Uşaqlara nənə,baba və ya dayə baxır. Əksər hallarda özəl baxçalara yerləşdirirlər hansı ki, çox kiçik yaşdan uşaq götürürlər. “

Psixoloq bildirir ki, ana minimum 1 maximum 3  yaşına qədər övladlarının yanında qalmalıdır:

‘Bu yaş dövründə valideynin fiziki və emosional yaxınlığı uşağın sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyır və onların erkən yaşda dayələrə həddindən artıq etibar etməsi emosional bağlılıq problemlərinə gətirib çıxara bilər.”

Digər mühüm məsələ kimi ailə dəyərlərinin zəifləməsi göstərilir. Psixoloq Aynur İskəndərova sosial şəbəkələrin bu prosesdə əsas rol oynadığını vurğulayır:
“Sosial mediada ailə dəyərlərinə zidd olan videoların dəfələrlə izlənilməsi bu məzmunların cəmiyyətdə normallaşmasına səbəb olur. Nəticədə, gənclər və ümumilikdə insanlar ailə dəyərlərini itirməyə başlayır.”

Bu isə cəmiyyətin sosial bağlarının zəifləməsi və ailə institutunun sarsılması riskini artırır.

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki