İran “Taliban” hökumətindən Böyük Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəyib.
newsbaku.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, Tehran İngiltərəyə kömək edən əfqanlardan nüvə danışıqlarında sövdələşmə vasitəsi kimi istifadə etməyə ümid edir.
Öz növbəsində “Taliban” rəhbərliyi Kabildə polisə İngiltərə ilə əməkdaşlıq etməkdə şübhəli bilinən mümkün qədər çox adamı həbs etməyi əmr edib.
newsbaku.az