Ağcabədidə iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 10-u saat 22:00-da Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“1962-ci il təvəllüdlü şəxsə hər iki qamış sümüyünün qəlpəli sınığı, 1996-cı il təvəllüdlü şəxsə isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu təyin olunub.
1962-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər şəxsə zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”.
newsbaku.az