Arda Turanlı “Şaxtyor Donetsk” avrokuboklara böyükhesablı qələbə ilə başladı

image-arbackend

Arda Turan “Şaxtyor Donetsk”də işinə rekord nəticə ilə başlayıb.

newsbaku.az xəbər verir ki, Ukrayna klubu türkiyəli mütəxəssisin rəhbərliyi ilə ilk rəsmi matçında Avropa Liqasında Finlandiya “İlves”inə 6:0 hesabı ilə qalib gəlib.

Bu, “Şaxtyor”un avrokubokların təsnifat mərhələlərində ən böyük qələbəsidir.

Daha əvvəl ən böyük hesab 2000-ci ildə Çempionlar Liqasının 2-ci seçmə mərhələsində Estoniya “Levadiya”sına qarşı oyunda (5:1) qeydə alınmışdı. Beləliklə, Arda Turan 25 ildir davam edən rekordu yeniləyib.

Bundan əlavə, bu nəticə “Şaxtyor”un ümumiyyətlə, avrokuboklarda ikinci ən böyük qələbəsidir. Rekord Donetsk klubunun 2014-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Belarus BATE-sinə 7:0 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki