Yaponiyanın Tokio şəhərinin şimal-qərbində yerləşən İsesaki şəhərində rekord yüksək temperatur – kölgədə 41.8 dərəcə qeydə alınıb. Bu, 19-cu əsrin sonundan bəri ölkədə sistematik hava müşahidələri tarixində ən yüksək temperaturdur.
newsbaku.az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsindən məlumat verilib.
Tokionun mərkəzində, yerli vaxtla günorta vaxtı (Bakı vaxtı ilə saat 7 radələrində – red.) havanın temperaturu kölgədə az qala 37 dərəcəyədək yüksəlib. Artıq dördüncü gündür ki, temperatur 35 dərəcədən yuxarı göstəricidə qalmaqda davam edir.
newsbaku.az