İran xarici işlər naziri Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Çinə yollanıb.
Bu barədə newsbaku.az İran KİV-inə istinadən xəbər verir.
İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib ki, A.Əraqçinin səfəri Çinin xarici işlər naziri Van İnin dəvəti ilə həyata keçirilir.
Sammit zamanı İran XİN başçısı regional və beynəlxalq gündəliyin əsas məsələləri üzrə Tehranın mövqe və baxışlarını təqdim edəcək. Bundan əlavə, o, tədbirdə iştirak edən bir sıra xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
İclasın əsas mövzusu üzv dövlətlərin səylərinin əlaqələndirilməsi və ŞƏT çərçivəsində qarşıdan gələn tədbirlərə hazırlıqdır.
İclas Çinin Tyantszin şəhərində keçirilir.