Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılıb ÖLDÜ

image-img-4676-16213216647130-2backend

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Gülbahar Nuhəli qızı Nuri binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki