2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin D qrupunun II turunun Azərbaycan və Ukrayna milli komandaları arasında Bakıda keçiriləcək oyununa biletlər hələ də satışdadır.
newsbaku.az xəbər verir ki, indiyədək ümumilikdə 7 500 bilet satılıb.
Azərbaycan – Ukrayna oyunu bu gün 31 mindən çox tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda bu gün keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.
newsbaku.az