ABŞ Prezidenti Donald Tramp avqustun 22-də 23 yaşlı ukraynalı miqrant İrina Zarutskayanın metroda bıçaqlanaraq öldürülməsinə münasibət bildirib.
newsbaku.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Jurnalistlərlə qısa söhbət zamanı Trampa ukraynalı qaçqın İrina Zarutskayanın qətlinin videosu ilə bağlı sual verilib.
“Dəhşətdir. Bu barədə eşitməmişəm. Bu nə vaxt baş verib?” – deyə ABŞ prezidenti cavab verib.
Müxbir aydınlaşdırıb ki, cinayətin özü avqust ayında baş versə də, video ictimaiyyət arasında bu yaxınlarda yayılıb.
Buna cavab olaraq Tramp bu işlə məşğul olacağına söz verib.
“Sabah səhərə kimi videoya baxıb bütün təfərrüatı öyrənəcəyəm”, – deyə prezident bildirib.
Xatırladaq ki, ABŞ-nin Şimali Karolina ştatının Şarlott şəhərində evsiz kişi Ukraynadan olan qaçqın İrina Zarutskayanı öldürüb.
Cinayət avqustun 22-də Şarlottdakı sürətli tramvay stansiyasında törədilib, lakin yerli media cinayətin görüntülərini bir gün əvvəl yayıb.
23 yaşlı ukraynalı qadının qətlində şübhəli bilinən 34 yaşlı DeKarlos Braun olub. Həmin şəxs dəfələrlə oğurluqda ittiham olunaraq, həbs edilib. O, həmçinin silahla quldurluğa görə 5 il həbs cəzası çəkib.
“Polis onun həbs edildiyini və birinci dərəcəli qətldə ittiham olunduğunu bildirib”, – deyə məlumatda vurğulanıb.
newsbaku.az