Bakıda mikroavtobus qəzaya düşdü: Yaralıların sayı 19-a çatdı

image-wreck_1backend

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də, saat 06:30-dan etibarən 19 nəfər (18 qadın cinsli, bir kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində yeddi nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki