Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36.2 min şəxsə əlillik təyin edib.
newsbaku.az-ın xəbərinə görə, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 16.2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
newsbaku.az