Qüdsün şimal-qərbində yerləşən Ramot bölgəsində iki silahlı şəxsin sərnişin avtobusuna daxil olaraq insanlara atəş açması nəticəsində beş nəfər həyatını itirib.
newsbaku.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunur ki, silahlı hücum nəticəsində yeddi nəfər ağır yaralanıb.
Rəsmilər isə iki terrorçunun zərərsizləşdirildiyini bildiriblər.
newsbaku.az