Rəcəb Tayyib Ərdoğan: “İzmirdə silahlı hücum edən şəxsin əlaqələri araşdırılır”

image-zfm0hc2l3jdjif1zas6v0lyoxvlcyuymg2hc2ago_1200backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə polis idarəsinə hücum edən şəxsin araşdırıldığını bildirib.

newsbaku.az-ın “Haber Global”a istinadən xəbərinə görə, Ərdoğan bu barədə Mümtaz Turhan adına Sosial Elmlər Liseyində 2025-2026-cı tədris ilinin açılış mərasimində çıxışı zamanı danışıb.

“Bu səhər İzmirdən hamımızı dərindən sarsıdan faciəli xəbər aldıq. Balçova Salih İşgören Polis Mərkəzinə silahlı hücum nəticəsində iki polisimiz şəhid olub, iki təhlükəsizlik əməkdaşımız da yaralanıb”, – deyə o bildirib.

Türkiyə prezidenti hücum zamanı şəhid olan polis baş müfəttişi Muhsin Aydemir və polis məmuru Hasan Akına Allahdan rəhmət diləyib, yaralanan polis məmurları Ömer Amila və Murat Dağlıya da tezliklə sağalmalarını arzulayıb.

Rəcəb Tayyib Ərdoğan, həmçinin İzmirdə silahlı hücumu həyata keçirən 16 yaşlı şəxsin əlaqələrinin də araşdırıldığını qeyd edib.

Xatırladaq ki, Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə 16 yaşlı şəxs tərəfindən silahlı hücum olub. Nəticədə iki polis əməkdaşı həyatını itirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki