Gəncədə sərxoş kişi mağazaya silahlı baqsın etdi

image-oip-5backend

Gəncədə sərxoş şəxs ərzaq mağazasına silahlı basqın edib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev (soyadı şərtidir) sərxoş vəziyyətdə mağazaya gələrək, oradan spirtli içki götürüb və kassaya yaxınlaşıb. Həmin vaxt kassada satıcı olmayıb. Anar kassanın açıq olduğunu görüb, oradan 2 200 manatı götürərək qaçıb.

Bundan xəbər tutan satıcılar onun arxasınca qaçarkən Anar cibindən bıçağı çıxararaq onlara hücum edib. Hadisə yerinə gələn mağaza müdiri satıcılara yerdən daş götürərək Anara hücum etmələrini tapşırıb. Satıcılardan biri daşla Anarı vurub. Anar zərbənin təsirindən yıxılıb və mağaza müdirindən üzr istəyərək oğurladığı pulları ona verib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Anar Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi bağlanıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağayev 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki