Qazaxıstanda ayrıca Süni İntellekt Nazirliyi yaradılacaq.
newsbaku.az-ın Tengrinews.kz nəşrinə istinadən xəbərinə görə, bu barədə Qazaxıstan xalqına müraciətində dövlət başçısı Kasım-Jomart Tokayev məlumat verib.
Tokayev müraciəti zamanı “Rəqəmsal kodeks (məcəllə) haqqında” qanunun qəbulunun sürətləndirilməsinin vacibliyini vurğulayıb.
“O, rəqəmsallaşmanın əsas istiqamətlərini, o cümlədən süni intellekt, platforma iqtisadiyyatı, böyük verilənlərdən (məlumatlardan – red.) istifadəni və digər aspektləri müəyyən etməlidir. Yeni texnoloji nizamın bir hissəsi olmaq üçün şəffaflığın, səmərəliliyin və insan mərkəzliliyinin dəfələrlə artırılması ilə dövlət idarəçiliyinin bütün sistemini yenidən qurmaq lazım gələcək. Ona görə də mövcud aidiyyəti nazirliyin bazası əsasında süni intellekt və rəqəmsal inkişaf nazirliyinin yaradılmasını zəruri hesab edirəm”, – deyə Kasım-Jomart Tokayev bildirib.
newsbaku.az