Yanvar-avqust aylarında Çin və ABŞ arasında ticarətinin həcmi illik müqayisədə 14.4% azalaraq təxminən 380 milyard dollara düşüb.
newsbaku.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Pekinin tədarükləri (15.5%) Vaşinqtondan (11%) daha sürətli azalıb, lakin ikitərəfli ticarət dövriyyəsindəki Çin ixracının dəyəri hələ də ABŞ-dən təxminən üç dəfə çoxdur – 282.95 milyard dollara qarşı 97.11 milyard dollar.
2024-cü ilin ilk səkkiz ayında Çinin ABŞ ilə ticarət profisiti 17.2%, avqustda isə Çindən ölkəyə tədarüklər daha da kəskin – 33% azalıb. Bu, aprelin əvvəlində Donald Tramp administrasiyasının başlatdığı tarif müharibəsi fonunda baş verib, o zaman Çinin ABŞ-yə ixracı bir ayda 21% azalıb.