Bakıda “TikTok”da söyüş söyən molla həbs edildi

image-176696-0706259backend

Bakıda “TikTok”da söyüş söyən 62 yaşlı molla həbs edilib.

newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Bakıda dini mərasimləri idarə edən 1963-cü il təvəllüdlü Tahir Məmmədov (ad və soyad şərtidir) “TikTok” sosial şəbəkəsində insanları nalayiq ifadələrlə təhqir edib.

O, həmin məsələ ilə bağlı polis bölməsinə dəvət edilib. Bu vaxt o, polis bölməsinin yaxınlığında da telefonla yüksək səslə danışıb və təhqiramiz ifadələr işlədib. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, T.Məmmədov bu xəbərdarlıqlara məhəl qoymayaraq, əməllərini davam etdirib.

Polis əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə T.Məmmədov 10 sutka inzibati qaydada həbs edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki