İlham Əliyev Tiencin şəhərində “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşüb

image-xeycknkp98doublsmke4nknthirzg1f4b3mssgy4_1200backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

“China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.

Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.

image-lsq4u0ymekzpctyste04hroy3oua9mvuhmxqy1lz_640 image-6jj10r23nhopnxaxu8whvihf58pyfsya4zekoufw_640 image-hgpnwatjclzmxkhlevluuiipepca1tb4sqvgnkju_640 image-bxd5nxxhvzsirvgrasvjytztbn5zqn7ohndtsace_640 image-xeycknkp98doublsmke4nknthirzg1f4b3mssgy4_1200


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki