Hokkey əfsanəsi, Stenli kubokunun altıqat qalibi Ken Drayden vəfat edib

image-img_3026backend

Kanada milli komandasının və Milli Hokkey Liqasının (NHL) “Monreal Kanadiens” klubunun keçmiş qapıçısı, Stenli Kubokunun altıqat qalibi Ken Drayden 78 yaşında vəfat edib.

newsbaku.az bu barədə klubun saytına istinadla xəbər verir.

Onun ölüm səbəbi xərçəng olub.

Qeyd edək ki, Drayden 1970-1979-cu illərdə “Monreal”ın heyətində çıxış edib, bu müddətdə altı dəfə Stenli Kubokunu qazanıb və beş dəfə NHL-in ən yaxşı qapıçısı seçilib. 1983-cü ildə Hokkey Şöhrət Zalına daxil edilib, 2007-ci ildə isə onun 29 nömrəli forması “Monreal” tərəfindən əbədiləşdirilib.

O, həmçinin 1972-ci il SSRİ-Kanada superseriyasının iştirakçısı olub. İdman karyerasından sonra siyasətə qoşulub, 2004-2011-ci illərdə Kanada parlamentinin üzvü kimi fəaliyyət göstərib.

image-img_3022 image-img_3023 image-img_3024 image-img_3025 image-img_3026

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki