Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, BMW markalı avtomobil yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma davam edir.
newsbaku.az